Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək — AÇIQLAMA

"Rusiyada sürücülük vəsiqəsinin verilməsi ilə bağlı boy məhdudiyyəti barədə məlumatlar oxumuşam. Əgər belə bir qayda varsa, bu, onların daxili işidir. Amma dünyada sürücülərin boyu ilə bağlı heç bir məhdudiyyət yoxdur. Mən hesab etmirəm ki, Azərbaycanda belə bir qadağa tətbiq oluna bilər".
Bunu açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
O, bildirib ki, ölkəmizdə sürücülük vəsiqələrinin verilməsi prosesi daha yenilikçidir:
"1 sentyabr 2025-ci ildən etibarən bu vəsiqələr elektron hökumət portalı vasitəsilə əldə edilə bilər. Boy və yaş məhdudiyyətləri tətbiq edilmir. Digər ölkələrdə, məsələn, Rusiyada belə tələblər ola bilər. Ola bilsin ki, bu, daha hündür avtomobillərin dövrəyə girməsi və onların idarə olunmasında təhlükəsizlik səbəbləri ilə bağlıdır".
Sosioloq qeyd edib ki, bütün hallarda Azərbaycanda sürücülük vəsikələrində boy məhdudiyyəti tətbiq edilməməlidir.
Qeyd edək ki, Rusiya Federasiyasında sentyabr ayından qüvvəyə minən qanuna əsasən, boyu 150 santimetrdən az olan şəxslərə sürücülük vəsiqəsi verilməyəcək.(Demokrat.az)
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












