Bu yolda dayanıb "yol verən" sürücülərin diqqətinə: Cəriməsi yoxdur - VİDEO

Paytaxtın Mirzəağa Əliyev küçəsində, daha dəqiq desək qış parkının yanında hərəkət edən sürücülər lüzumsuz yerə dayanaraq sıxlıq yaradırlar. Avtosfer.az xəbər verir ki, Mirzəağa Əliyev küçəsi ilə hərəkət edən sürücülər Azərbaycan prospekti ilə kəsişmədə dayanaraq yol verirlər. Lakin kimə yol verirlər? - bu məlum deyil.
Qeyd edək ki, Azərbaycan prospektindən gələn istiqamətə baş yol, Mirzəağa Əliyev küçəsinə isə yol ver nişanı quraşdırılıb. Bu nişanların quraşdırılması hələ o demək deyil ki, mütləq dayanıb sağdan gələn nəqliyyat vasitələrinin keçib getməsini gözləmək lazımdır. Yol ver nişanı olan yolda 4 zolaq, baş yolda isə 2 zolaq var. Nəqliyyat axınını kanallaşdırmaq üçün isə asfalt üzərində təhlükəsizlik adacığı tətbiq edilib. Hərəkət zamanı orada trayektoriyalar kəsişmədiyi üçün kiminsə dayanıb yol verməsinə ehtiyac yoxdur. Yol ver və stop nişanlarına o halda əməl edilməlidir ki, baş yolda olan nəqliyyat vasitəsi ilə trayektoriya kəsişəcək. Heç bir maneə yaranmadığı halda dayanıb kiməsə yol vermək lüzumsuzdur.
Nərmin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












