Bu yüklər təhlükəlidir, amma daşınmasına icazə lazım deyil - VİDEO

Son vaxtlar bəzi yük avtomobillərinin sürücüləri daşıdıqları yükə görə yol polisi tərəfindən saxlanıldıqlarını bildirirlər. Belə sürücülərdən biri redaksiyamızın qaynar xəttinə məlumat verərək bildirib ki, qablaşdırılmış şəkildə avtomobil yağlarını daşıdığı zaman yol polisi tərəfindən saxlanılıb. Polis əməkdaşı bunun təhlükəli yük olduğunu bildirərək sürücüyə irad bildirib.
Hansı yüklərin təhlükəli yük hesab olunması ilə bağlı Avtosfer.az araşdırma aparıb.
Belə ki, Nazirlər Kabinetinin 10 saylı qərarı təhlükəli yüklərin daşınması ilə bağlı normaları tənzimləyir. Həmin qərarda avtomobil yağlarının da təhlükəli yük olduğu qeyd edilib. Lakin ən az təhlükəli yük hesab olunur. Buna baxmayaraq qərarda bir incəlik də var. Sözügedən qərarda göstərilib ki, təhlükəlilik dərəcəsi aşağı olan yükləri (məişət qazı, yanacaq, avtomobil yağı) xüsusi qablaşdırılmış vəziyyətdə daşımaq, təhlükəli yükləri daşımaq qaydaları ilə tənzimlənmir. Məsələn, avtomobilin yük yerində 1-2 qaz balonu, 1 kanistr və ya 1 çəllək yanacaq və ya qablaşdırılmış avtomobil yağı daşımaq qadağan deyil. Yağlar qablaşdırılmış şəkildə olduqda onların daşınması təhlükəli yük daşıma qaydalarına aid deyil. Məsələn, “Ford” markalı yük avtomobilində qablaşdırılmış mühərrik yağlarının tam yüklü vəziyyətdə daşınması qanunvericiliyə zidd deyil. Bu, təhlükəli yüklərin daşınması qaydası ilə tənzimlənmir. Çünki Nazirlər Kabinetinin həmin qərarında qeyd edilib ki, mühərrik yağları qablaşdırılmış şəkildədirsə təhlükəli yük hesab edilmir. Buna görə də sertifikat və ya xüsusi icazəyə heç bir ehtiyac yoxdur.
Nərmin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












