Buna görə maşını 1-2 dəqiqə qızdırıram - SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO

Soyuq qış günlərində avtomobil sahibləri yola çıxmazdan əvvəl mühərriki qızdırmağın vacib olub-olmaması ilə bağlı müxtəlif fikirlərlə qarşılaşır. Bu mövzu xüsusilə mühərrikin uzunömürlülüyü və avtomobilin ümumi işləmə performansı baxımından aktuallıq kəsb edir.
Avtosfer.az xəbər verir ki, bəzi sürücülər mühərriki qızdırmağı məcburi bir proses kimi qəbul edir, digərləri isə bunun artıq vaxt itkisindən başqa bir şey olmadığını düşünür. Bu mövzu, xüsusən mühərrikin və avtomobilin uzunömürlülüyü baxımından böyük maraq doğurur. Bəs qış aylarında avtomobili qızdırmaq həqiqətən lazımdırmı, və bu proses nə üçün əhəmiyyətlidir?
Məsələ ilə bağlı qəzalar üzrə kursların məşqçisi Aqil Rəhimov özünün sosial şəbəkə hesabında paylaşdığı videoda bildirib ki, şəxsən mən avtomobili bir-iki dəqiqə qızdırıram.
“Əlbəttə, bu proses bir qədər ekoloji təsir yaratsa da mühərrik yağı və sürətlər qutusunun yağı bir az durulaşmalı, normal işlək vəziyyətə gəlməlidir. Təcrübə göstərir ki, mühərriki qızdırmadan avtomobili hərəkət etdirmək həm mühərrikin, həm də sürətlər qutusunun daha tez sıradan çıxmasına səbəb olur. Bu səbəbdən, mühərriki qızdırmaq uzunmüddətli texniki sağlamlıq üçün vacibdir”.
Həmin videonu sizə təqdim edirik:
Fidan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












