Bunu bilirsinizmi? – Bu qaydanı pozanları 100 manat cərimə gözləyir

Sürücülərin dəmiryol keçidlərindən keçmə qaydalarına əməl etməməsi tez-tez müşahidə edilir. Belə hallar isə çox vaxt nəqliyyat vasitəsinin qatarla toqquşması ilə nəticələnir. Bir çox dəmiryol keçidlərində şlaqbaum qurulub. Bu tip keçidlər nisbətən daha təhlükəsiz olur. Lakin bəzi keçidlər şlaqbaumsuzdur ki, burada sürücülər daha diqqətli olmalı, ən vacibi isə qaydaları bilməlidirlər. Həmçinin müvafiq icra hakimiyyəti orqanı əməkdaşı dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkətini nizamlayır.
Bəs bu qayadalar pozularsa sürücüləri hansı cəza gözləyir?
Avtosfer.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsində dəmiryol keçidlərində keçmə qaydalarının pozulması barəsində maddə də var.
Belə ki, İXM-nin 327.3-cü maddəsinə əsasən sözügedən qaydaların pozulmasına, habelə müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Qeyd edək ki, hər bir halda qanuanlar vətəndaşların təhlükəsizliyi üçün var. Onlara əməl etmək isə hamının borcu və vəzifəsidir.
Məhəbbət Tərlanoğlu
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO












