Bütün xəstəxanalarda ilan sancması əleyhinə zərdab varmı? - TƏBİB-dən AÇIQLAMA

Mövsümlə əlaqədar ilan sancması hallarının sayı artıb. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin məlumatına görə, may ayı ərzində zəhərlənmə səbəbilə 100 nəfər mərkəzə müraciət edib ki, onun 11 nəfərini ilan sancıb.
Avtosfer.az xəbər verir ki, mmüxtəlif səbəblərdən zəhərlənənlərdən beş nəfərinin həyatını xilas etmək mümkün olmayıb. Ölüm halları arasında ilan sancması da yer alıb.
Ən çox ilan sancması isə təbii olaraq bölgələrdə qeydə alınır. Dərinin qızarması, göyərməsi, başgicəllənmə, ürəkbulanma, nəfəs darlığı kimi əlamətlərlə müşahidə olunan zəhərlənməyə qarşı ən əsas vasitə zərdabdır, o isə yalnız xəstəxanalarda vurulur. Zərdab xüsusi zülaldan - at qanından düzəldilir. İlan sancan şəxsi 12 saat ərzində xəstəxanaya aparmaq mütləqdir.
Mütəxəssislərin tövsiyəsinə görə, ilkin yardım zamanı ilan sancan dəri ətrafını hərəkət elətdirməməyə çalışmaq lazımdır. Həmin ətrafa yüngül, sıxmayan steril sarğı qoymaq olar. İstənilən halda, xəstəni təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır.
Bəzi hallarda isə vətəndaşlar ilan sancmasına qarşı istifadə edilən zərdabın respublikanın bütün xəstəxanalarında olmamasından şikayətlənirlər.
Bəs bununla bağlı xəstəxanalarda vəziyyət necədir?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, tibb müəssisələrində zərdablarla təminat lazımi səviyyədədir:
"Mövsümlə əlaqədar olaraq həşərat, əsasən də ilan sancmaları ilə bağlı müraciətlərin sayının artma ehtimalı nəzərə alınaraq TƏBİB-in tabeliyindəki aidiyyəti üzrə bütün tibb müəssisələri (rayon mərkəzi xəstəxanaları, ilkin səhiyyə müəssisələri) tələbnaməyə uyğun olaraq zərdablarla təmin olunub".
Qurum cavabında, həmçinin, əhalini zəhərli həşəratlara qarşı ehtiyatlı olmağa çağırıb.
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO












