Cəlilabadda 100 ailənin yaşadığı küçənin yolları bərbad vəziyyətə düşüb - FOTO

Cəlilabad rayonunun Uzuntəpə kəndində şəhid Əli Qənbərovun adını daşıyan küçənin yolları dağılıb və yolda hərəkət etmək mümkün deyil.
Bu barədə "Report"a sakinlər məlumat verib.
Onların sözlərinə görə, yaşayış məntəqəsinin mərkəzində yerləşən küçə uzun müddətdir bu vəziyyətdədir. 100-ə yaxın ailənin yaşadığı küçənin sakinləri deyirlər ki, yağış yağan kimi yolda hərəkət etmək mümkünsüz olur. Bundan əlavə, yol bərbad olduğundan qış aylarında uşaqları məktəbə aparıb-gətirməkdə çətinlik çəkirlər:
"Hətta taksilər belə bu küçəyə gəlmir. Yayda toz əlindən, qışda da palçıqdan hərəkət etmək olmur küçədə. Yağış yağandan sonra çalalara o qədər su yığılır ki, yoldan keçmək lap çətinləşir. Bunun axı qocası, xəstəsi, uşağı var. Bir neçə dəfə öz hesabımıza yolu təmir etmişik. Lakin yenə də əsaslı təmirə ehtiyac yaranıb".
Problemlə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Uzuntəpə kəndi üzrə nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, küçələrdə təmir aparmaq işi bələdiyyələrin səlahiyyətindədir.
"Sözügedən küçədə əvvəllər təmir işləri aparılıb. Havalar sabitləşən kimi yenidən sözügedən ərazidə təmir işləri davam etdiriləcək", - nümayəndəlikdən qeyd olunub.
Uzuntəpə kənd bələdiyyəsindən yolda təmir işləri aparılacağını təsdiqləyiblər.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT














