Dəmir yolu keçidlərində bu qaydalara mütləq əməl edin - Qanuna zidd açıqlamalara inanmayın - VİDEO

Paytaxtın Biləcəri-Baksol yolunda kütləvi şəkildə qayda pozan sürücülərin videosunu dərc etmişdik. Avtosfer.az xəbər verir ki, sözügedən yolda sürücülər dəmir yolu xətti ilə kəsişmədə stop nişanının tələbini pozurlar. Yəni, sürücülər stop nişanında dayanmadan keçərək qaydaları pozurlar. Bu paylaşımdan sonra sosial şəbəkədə "Qanuna zidd" adlı səhifənin admini dəmir yolundakı stop nişanı ilə bağlı məlumat paylaşıb. Lakin həmin paylaşımda qanunun tələbləri tam səhv şəkildə izah olunub. Bunu oxuyub əməl edən sürücü səhəri gün ölümə gedə bilər. Belə ki, Biləcəri-Baksol yolundakı dəmir yolu xətti ilə kəsişmə svetoforsuz, nizamlayıcısız və şlaqbaumsuzdur. Kəsişmə yerində sürücülərin təhlükəsiz hərəkəti üçün stop nişanı qoyulub. Bu nişan onu tələb edir ki, sürücü dayanıb sağa, sola baxsın və qatarın gəlmədiyinə əmin olsun. Bu cür dəmir yolu keçidləri digər şəhər və qəsəbələrdə də var. Sürücü qatarın olmadığına əmin olmaq üçün mütləq dayanmalıdır. Lakin "Qanuna zidd" səhifəsinin admini bildirir ki, nişan dəmir yolu keçidində quraşdırılıbsa və qatar gəlmirsə sürücü dayanmadan keçə bilər. Buradan sual yaranır: svetofor, şlaqbaum, dəmiryol keçidi növbətçisi olmayan yerdə dayanmadan hərəkət edən sürücü necə əmin ola bilər ki, yüksək sürətlə qatar gəlir, yoxsa yox? Buna əmin olmaq üçün sürücü mütləq stop nişanında dayanmalı və sağa, sola diqqətlə baxmalıdır. Qanunvericiliyə görə, stop nişanı yalnız nizamlanan yolayrıclarında və nizamlanan dəmir yolu keçidlərində qüvvəsini itirir. Digər hallarda stop nişanına əməl etməyən sürücü məsuliyyət daşıyır.
Yaxşı olardı ki, bu səhifənin admini qanunvericiliyi mükəmməl formada öyrənib daha sonra paylaşım etsin. Xüsusən dəmir yolu keçidləri ilə bağlı məsələ çox ciddidir. Çünki son zamanlar dəmir yolu keçidlərində məhz bu qaydanı pozan, sağa-sola baxmayan sürücülər qatarlarla toqquşurlar. Nəticədə həm özləri, həm də avtomobildə olan sərnişinlər həyatlarını itirirlər.
Sürücülərə tövsiyə edirik ki, qanuna zidd açıqlamalar verən bu səhifəyə inanmasınlar. Yuxarıda qeyd etdiyimiz kimi, nizamlayıcının və svetoforun olmadığı istənilən yerdə stop nişanına əməl etmək lazımdır. Əks halda bu qayda pozuntusu həyatınızı sonlandıra bilər.
Leyla
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO













