DYP bu halda cərimə yaza bilər? – RƏSMİ AÇIQLAMA - VİDEO

Bəzən yeni dəyişən yol nişanı və ya qaydası səbəbindən sürücü dəyişikliyə məhəl qoymayıb qayda pozur. Bu zaman yol polisi ona cərimə tətbiq edir. Sürücülər isə belə halın nə dərəcədə düzgün olduğunu soruşur.
Avtosfer.az xəbər verir ki, bu barədə “AvtoFM” verlişində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli danışıb.
O, bildirib ki, bu sualı verənlərə belə bir cavab verir: “Misal üçün şəxsin hər zaman getdiyi yolda hərəkətin dəyişdiyini və yeni yol nişanının da quraşdırıldığını görür. Amma dəyişikliyə məhəl qoymayıb, yoldan əvvəlki qaydada keçir. Bu halda sürücüyə sual verirəm ki, bəs yola niyə diqqət yetirmirsiniz? Cavabda da buradan həmişə belə keçdiyini bildirir. Onda belə çıxır ki, bu sürücü Bakıda yaşayırsa və həyatı boyu Mingəçevirdə olmayıbsa, Mingəçevirə gedəndə "mən burada bu nişanı ilk dəfədir görürəm" deyə bilər?. Ya da, bir neçə il bundan qabaq yolda olan qaydanı təxmin edib hərəkət edir? Təbii ki, yox, sürücü yoladakı nişanlara baxıb hərəkət edir. Ümumiyyətlə vətəndaşlar üçün hər gün gördüyü yol hərəkəti qaydası yox, yollardakı mövcud hərəkətin təşkili ilə bağlı nişanlar önəmlidir. Yəni bu, birmənalı şəkildə sürücüyə bəraət verən hal deyil”.
Məhəbbət Tərlanoğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












