Evli şəxs ona bağışlanan evi satarkən arvadının razılığını almalıdır? - HÜQUQŞÜNAS - FOTO

Ailədaxili mülkiyyət məsələləri bəzən ən gözlənilməz anlarda suallar doğurur. Tutaq ki, bir şəxs atasına evi bağışlayır. Mülk artıq atanın adına keçirilir, amma həmin vaxt ata evlidir. İllər sonra o evi satmaq istəyir. Burada vəziyyət bir qədər qarışır. Bu mülk şəxsi əmlak sayılır, yoxsa ailənin birgə mülkiyyətinə çevrilir? Əgər birgə əmlak hesab olunursa, bu halda atanın həyat yoldaşının da razılığı tələb olunurmu? Bu mülkdən həyat yoldaşına pay düşürmü?

Məsələ ilə bağlı hüquqşünas Anar Qasımlı Avtosfer.az saytına açıqlamasında bildirib ki, əgər mülk bağışlanma yolu ilə bir şəxsə verilirsə, o zaman mülk tam şəkildə həmin şəxsin mülkiyyətinə keçir:
“Yəni, kimə bağışlanıbsa, mülk onun adına rəsmiləşdirildiyi üçün bu şəxs onu istədiyi vaxt, istədiyi formada sata və ya başqa birinə bağışlaya bilər. Bu halda, onun evli olub-olmaması heç bir fərq yaratmır mülk onun şəxsi əmlakı sayılır və həyat yoldaşının razılığı tələb olunmur”.
Hüquqşünas həmçinin qeyd edib ki, əgər mülk bir neçə şəxsə, məsələn, iki nəfərə bağışlanarsa, vəziyyət fərqli olur:
“Bu zaman mülk artıq birgə mülkiyyət sayılır və hər iki şəxsin razılığı olmadan onu satmaq və ya başqa şəxsə vermək mümkün deyil. Hər iki tərəf razılıq verdiyi halda isə satış həyata keçirilə bilər. Eyni qayda, artıq mövcud mülk birgə adınadırsa da tətbiq olunur: yalnız hər iki sahibkarlığın razılığı ilə mülk üzərində əməliyyatlar qanuni hesab edilir”.
Fidan
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












