Əyləc pedalı işləmədikdə qəzaya düşməmək üçün nə etməlisiz? – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ - VİDEO

Sürətiniz yüksəkdir və birdən anlayırsınız ki, avtomobilinizin əyləcləri işləmir. Bu, hər bir sürücünün qorxulu kabusudur. Lakin bu cür fövqəladə vəziyyətdə düzgün addımlar atmaq həm sizin, həm də ətrafınızdakıların təhlükəsizliyini təmin edə bilər.
Avtosfer.az belə hallarda sürücülərin nə etməli olduğu ilə bağlı mütəxəssis tövsiyyələrini qeyd edir.
1) Əvvəlcə sakit qalmalısınız. Panikaya düşmədən avtomobilinizin dörd fənərini (fövqəladə siqnallar) yandıraraq digər sürücülərə probleminiz olduğunu bildirin. Bu, onların sizə qarşı daha ehtiyatlı davranmasına kömək edəcək. Sükanı möhkəm tutaraq avtomobilin istiqamətini qorumağa çalışın və birdən-birə kəskin hərəkətlər etməyin. Çünki bu, avtomobilin idarəetmədən çıxmasına səbəb ola bilər.
2) Əgər avtomobiliniz mexaniki sürət qutusu ilə təchiz olunubsa, mühərrikin tormoz effektindən istifadə edərək sürəti tədricən aşağı salın. Avtomatik transmissiyalı avtomobillərdə isə "L" və ya "2" rejiminə keçid etməyə çalışın. Hidravlik əyləclərin bərpa olunma ehtimalı olduğundan, əyləc pedalına dəfələrlə basaraq təzyiqin bərpasını yoxlayın.
3) Əl əyləcindən istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Qəfil çəkmək avtomobilin idarəetmədən çıxmasına səbəb ola bilər. Bunun əvəzinə, əl əyləcinin düyməsini basılı saxlayaraq tədricən çəkib buraxmaq metodu ilə avtomobili yavaşlatmağa çalışın. Yolun kənarına və ya mümkün qədər təhlükəsiz bir əraziyə keçməyə çalışın. Əgər avtomobili tam dayandırmaq mümkün deyilsə, ətrafınızdakı maneələri diqqətlə qiymətləndirərək ən təhlükəsiz həlli seçin.
Bu üsulları tətbiq etməklə, əyləclərin işləməməsi vəziyyətində daha təhlükəsiz şəkildə avtomobilinizi idarə edə bilərsiniz. Unutmayın ki, avtomobilinizin texniki baxışını vaxtında etdirmək və əyləc sisteminin mütəmadi yoxlanmasını təmin etmək bu kimi fövqəladə halların qarşısını almaqda vacib rol oynayır.
Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












