Faraya bu plyonkadan vurmağa qanun icazə verir, amma... - VİDEO

Avtomobilin faralarına plyonka vurulması məsələsi son dövrlər çox aktualdır. Sürücülər bu məsələ ilə bağlı bizə çoxsaylı suallar verərək bunun qanuni olub-olmamısını soruşurlar.
Qeyd edək ki, bəzi sürücülər faraların üzərinə şəffaf plyonka vuraraq onun cızılmasının qarşısını alır, bəziləri isə tündləşdirərək görünüşünü dəyişmək istəyir.
Bu plyonkaların faraya çəkilməsinə icazə var, yoxsa yox?
Öncədən qeyd edək ki, şəffaf plyonkanın çəkilməsi ilə bağlı heç bir problem yoxdur. Lakin rəngli plyonkaların vurulması və yaxud faranın içəri hissədən qaraldılması texniki məsələdir. Yəni, bu dəyişikliyə olar-olmaz cavabını vermək üçün avtomobilin faraları xüsusu cihazla yoxlanılmalıdır. İşıq cihazları ilə bağlı standartlar var. Bu standartda işığın gücü və rəngi ilə bağlı normativlər mövcuddur. Əgər çəkilən tünd plyonka işığın gücünü (parlaqlığı) və rəng qrafikasını pozacaqsa, həmin plyonkanın vurulması qadağandır. Bunu demək üçün isə həmin normativləri bilən mütəxəssis və yoxlamaq üçün xüsusi cihaz lazımdır. Bunları yoxladaman plyonkanın çəkilməsi və ya faranın içəri tərəfən qaraldılması sürücünün məsuliyyətə cəlb edilməsi ilə nəticələnə bilər.
Edilən dəyişiklik standartın tələbini pozarsa sürücü 150 manat məbləğində cərimə edilə bilər.
Nərmin
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












