"Forsaj" ulduzunun həbsinə order verildi

ABŞ-nin Corciya ştatının Atlanta şəhərində məşhur aktyor və müğənni Tayriz Gibson barəsində heyvanlara qarşı qəddarlıq işi ilə bağlı həbsi üçün order verilib.
Avtosfer.az "Daily Mail"ə istinadən xəbər verir ki, "Forsaj" filminin 46 yaşlı ulduzunun dörd "kanne korso" cinsli itindən biri qonşunun itinə hücum edərək onun ölümünə səbəb olub.
Polis və Heyvanların Mühafizəsi Xidməti müəyyən edib ki, Gibson itlərini dəfələrlə nəzarətsiz şəkildə küçəyə buraxıb. Müşahidə kameralarının görüntülərində isə hadisədən bir neçə dəqiqə əvvəl bir neçə itin qonşunun qapısını cırmaqladığı əks olunub.
Məlumata görə, bu hadisədən cəmi bir həftə əvvəl də polisə Gibsonun itlərinin küçədə sahibsiz dolaşması barədə azı beş şikayət daxil olub.
Hazırda aktyor Dubayda psixoloji reabilitasiyadan keçir. O, sentyabrın 22-də itlərini Heyvanların Mühafizəsi Xidmətinə təhvil verəcəyini açıqlasa da, bunu etməyib və bir müddət sonra itlər yoxa çıxıb.
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












