Gələcəyin avtomobili hansı olacaq: benzin, elektrik, yoxsa hidrogen? - VİDEO

Artıq uzun müddətdir ki, elektrikli avtomobillərə tələbat artdığı üçün bu növ nəqliyyat vasitələrinin ölkəmizə gətirilməsində sahibkarların da marağı yüksəlib. Bu avtomobillər həm ətraf mühitin qorunmasında, həm sürücülərin sükan arxasında özlərini komfortlu hiss etməsində böyük rol sahibinə çevrilib. Belə ki, bu gün də ənənəvi avtomobillərdən atmosferə atılan karbon emissiya miqdarının aşağı salınması istiqamətində işlər görülür. Buna baxmayaraq, beynəlxalq təşkilatlar yenə də ozon təbəqəsi və təbiətin çirklənməsi ilə əlaqədar həyəcan təbili çalırlar.
Belə bir ərəfədə gələcəyin avtomobillərinin hansı çeşid olması sual doğurur. Bəzi mütəxəssislər elə çarəni eektrikli avtomobillərdə görsə də, həm avtomobil istehsal edən şirkətlər, həm də bu sahədə ixtisaslaşmış ekspertlər məsələnin digər tərəflərini də gözardı etməməyi təklif edir.
Bərpa olunan enerji, enerji bazarı və yaşıl enerji həlləri üzrə mütəxəssis Toğrul Əziz Avtosfer.az-a müsahibəsində deyib ki, artıq bir çox ölkələr bu məsələdə ciddi addımlar atmağa başlayıb:

“İnkişaf etmiş dövlətlərin hamısında karbon emissiyasının azaldılması istiqamətində aparılan işlər çərçivəsində ilkin addım kimi fosil yanacaqlarla, yəni benzin və dizellə işləyən maşınlara yüksək vergilər tətbiq edilir. Artıq belə avtomobillərin istifadədən çıxarılması istiqamətində işlər gedir. Hazırda bazar üçün ən uyğun olan versiya elektrikli avtomobillərdir, ancaq təcrübələr onu göstərir ki, hidrogenlə işləyən avtomobillər daha çox gündəmə gələcək. Gələcəyin avtomobillərinin hidrogenlə işləyən nəqliyyat vasitələrinin olacağını düşünürəm”.
Səfər
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












