Gündə 10 MİN ADDIM ata bilməyənlərin DİQQƏTİNƏ

İngiltərədə aparılan bir araşdırmaya görə, gündə ən az 2200 addım atmaq vaxtından əvvəl ölüm riskini azaldır.
Sidney Universitetinin alimləri tərəfindən aparılan araşdırmada 61 və daha yuxarı yaşda olan 70 mindən çox insanın məlumatlar təhlil olunub.
Həmçinin tədqiqat iştirakçıları məşq səviyyələrini müəyyən etmək üçün ölçmə cihazı ilə təchiz ediliblər. Mütəxəssislərin 7 illik təqibi zamanı iştirakçılardan 1633-ü ölüb, 6190 nəfər isə infarkt və ya insult kimi ürək-damar xəstəliklərindən əziyyət çəkib.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, gündə 9000-10 500 addım atmaq vaxtından əvvəl ölüm riskini 39 faiz, infarkt və ya insult riskini isə beşdə bir azaldır. Gündə təxminən 9 700 addım atan qrupda insult və infarkt riski ən az olub. Bildirilib ki, günün qalan hissəsini oturaq şəkildə keçirsəniz belə, hər gün 2 200 addım atmaq da ürək xəstəliyi riskini azaltmağa kömək edir.
Britaniya Ürək Fondunun əməkdaşı Culi Uard deyib:
“Biz bilirik ki, gündəlik fiziki fəaliyyət sağlam həyat sürmək üçün vacibdir və ürək xəstəliyi və insult riskini azaltmağa kömək edir. Bu perspektivli yeni tədqiqatlar bizə göstərir ki, gündə 10 000 addım hədəfinə çatmasanız belə, atdığınız hər bir addım vaxtından əvvəl ölüm və ürək xəstəliyi riskini azaldır".
Ürək sağlamlığı və qan dövranı üçün həftədə 150 dəqiqə orta tempdə məşq etməyin vacib olduğunu ifadə edən Uard "Bunlara sizi kompüter ekranından uzaqlaşdıran müntəzəm gəzinti fasilələri, idman salonuna getmək, idman dərslərinə qatılmaq, eləcə də daha çox addım atmaq üçün avtobusdan bir neçə dayanacaq öncə enmək və liftdən istifadə etməmək daxildir”, - o vurğulayıb. (Lent.az)
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO












