Hansı maşınların arxasında nömrə təkrar yazılmalıdır? - QANUN BELƏ DEYİR - VİDEO

Yük daşımaq üçün nəzərdə tutulmuş avtomobillərin sürücüləri son zamanlar qeydiyyat nişanları ilə bağlı yol polisi tərəfindən saxlanıldıqlarını bildirirlər. Həmin sürücülər bildirirlər ki, yük daşımaq üçün nəzərdə tutulmuş “Fiat Doblo”, “Mercedes Vito” və.s bu tip avtomobillərin arxasında qeydiyyat nişanının təkrar yazılması tələb edilir. Bunun nə dərəcədə doğru olması sürücülərdə sual yaradır.
Qanunvericiliyə görə, qeydiyyat nişanı hansı nəqliyyat vasitələrinin arxasında təkrar yazılmalıdır?
Avtosfer.az xəbər verir ki, bu məsələ “Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsinin VII hissəsi ilə tənzimlənir. Həmin əlavədə qeyd olunub ki, dövlət qeydiyyat nişanlarının rəqəmləri və hərfləri yük daşıyan avtomobillərinin, qoşquların (minik avtomobillərinin və motosikletlərin qoşqularından başqa) və avtobusların (xüsusi kiçik avtobuslardan başqa) kuzovunun arxa divarında təkrar yazılmalıdır. Burada aydın şəkildə qeyd olunub ki, minik avtomobillərinin və kiçik avtobusların arxasında qeydiyyat nişanının təkrar yazılmasına ehtiyac yoxdur. Yük daşımaq üçün nəzərdə tutulmuş “Fiat Doblo”, “Mercedes Vito” və o cümlədən bu tip digər avtomobillər minik avtomobillərinin bazası əsasında istehsal edilib. Qanunvericilikdə qeyd olunmuş tələb konkret olaraq iri yük avtomobillərinə və avtobuslara aiddir. Digər nəqliyyat vasitələrində qeydiyyat nişanının təkrar yazılması tələb edilə bilməz.
Nərmin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












