Hərəkət vaxtı təkər partlayanda nə etməli?

Yüksək sürətlə hərəkət zamanı təkərin partlaması istənilən sürücünün başına gələ bilər. Bəs bu zaman sürücü necə davranmalıdır?
Avtosfer.az xarici saytlara istinadla xəbər verir ki,bu halda əksər sürücünün etdiyi səhv kəskin tormozlamadır. Bu zaman avtomobil idarəedilməz hala düşə bilər. Vəziyyətdən çıxmaq üçün sükanı döndərməmək və sürəti tədricən azaltmaq lazımdır. Sürət minimuma endikdən sonra tədricən tormozlamaq olar.
Onsuz da təkəri partlayan avtomobilin dayanması üçün qısa yol tələb olunur.
Müasir təkərlərdə partlama riski azdır. Bir şərtlə ki, şin mövsümə uyğun olsun, təzyiq və protektorun qalınlığı qaydasında olsun, isti havada çox da yüksək sürətlə hərəkət edilməsin. Bir sözlə, müasir təkərlərin partlaması yol şəraitindən daha çox sürücüdən asılıdır.
Bir çox sürücü düşünür ki yayda naxışı yeyilmiş (keçəl) təkərlə sürmək olar. Lakin praktika göstərir ki, isti havada belə təkərlər ifrat qızdığı üçün daha təhlükəlidir və hər an partlaya bilər.
Vüqar
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












