İkinci əl yapon avtomobili almaq istəyənlər: Diqqətli olun! - VİDEO

2011-ci ildə Yaponiyanın Fukuşima şəhərində baş verən zəlzələdən sonra şəhərdə yerləşən AES zədələnib və ətrafa radiasiya yayılmışdı. Bu səbəbdən də radiasiya görmüş avtomobillərin istifadəsi dayandırılmışdı. Lakin, 2023-cü ildə Yaponiyada radiasiya görmüş və tərk edilmiş avtomobillərin yenidən istifadəsinə icazə verilib. Fukuşima ətrafında parkinqlərdə avtomobillərin sayının azalması da müşahidə olunur. Jurnalistlərin araşdırmalarına əsasən zərər görmüş avtomobillər Asiya və Latın Amerikası ölkələrinə qədər daşınıb aparılaraq yenidən istifadə olunur.
İkinci əl 12 ildən yuxarı olan yapon avtomobili almaq istəyənlərin diqqətli olmaları məsləhət görülür. Avtomobil eksperti Eyyub Əliyev buraxılış tarixi 10 ildən çox olan avtomobillərin ölkəyə buraxılmadığını bildirib. “Martın 29-da qəbul edilən qanun alqışlanacaq qərardır. Lakin, daha sərt addımların atılması daha yaxşı olar. Avtomobillərin texniki xüsusiyyətlərinə baxılması mütləqdir. Ola bilər ki, avtomobil radiasiyalı və ya sunami zamanı suyun altında qalan maşın olsun. Buna görə də, bu kimi halların aradan qalxması üçün kompleks tədbirlər görülməlidir.”
Bəs 10 ildən öncəki avtomobillərin ölkəyə daxil olma qadağası qərarı qüvvəyə minməmişdən öncə sifariş verilən avtomobillər necə, ölkəyə buraxılırmı?
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə belə avtomobillərin ölkə daxilində olması və ya keçirilməsi mümkünsüzdür. Səbəb isə, yaponların özləri üçün istehsal etdikləri avtomoillərdə sükanının sağ tərəfdə olmasıdır. Belə avtomobillərin ölkə daxilində istifadəsi qadağandır. Ekspert Yaponiyadan yalnız yeni avtomobillərin gətirildiyini bildirib. “Ölkəmiz və vətəndaşlar üçün hər hansı bir təhlükənin olduğunu düşünmürəm. Azərbaycan avtomobil seqmentində Avropaya uyğunlaşır, buna görə də, belə avtomobillər ölkəyə buraxılmır”.
Nərmin Əkbər
Nurlan Sakitoğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












