İnternetdə istifadə etdiyiniz bu proqramları ermənilər yaradıb; Təhlükə var

“Azərbaycanda bir neçə Ermənistan mənşəli proqram təminatından aktiv şəkildə istifadə olunur. İstifadəçilər çox vaxt özləri də bilmirlər ki, bu tətbiqlər ermənilərə məxsusdur. Proqramlar yaxşı imkanlar təqdim edə bilər, amma özlüyündə bizim vətəndaşların məlumatları üçün ciddi təhlükə yaradır”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri özünün “Facebook” hesabında texnobloger Fərid Pərdəşünas bildirib. O qeyd edib ki, foto redaktə tətbiqi olan "Picsart" cihazın qalereyasına və fayllarına giriş icazəsi verir.
“Təsəvvür edin, şirkət hər nə qədər “tərəfsizlik” və “peşəkarlıq” nümayiş etdirsə də, adi bir qərəzli mühəndis belə bu məlumatlara müdaxilə edə bilər. Yəni burada insan faktoru çox önəmlidir. Bu səbəbdən sizə aşağıda qeyd etdiyim tətbiqlərdən uzaq durmağı və onların qarşısında göstərilən alternativlərdən istifadə etməyi tövsiyə edirəm:
"Picsart" – mənşə: Ermənistan — alternativ olaraq “Canva”, “Adobe Express”, “CapCut” istifadə edin.
"Renderforest" – mənşə: Ermənistan — alternativ olaraq “Envato”, “Placeit” və “FlexClip” istifadə edin.
"SoloLearn" – mənşə: Ermənistan — alternativ olaraq “Codecademy” və “freeCodeCamp” istifadə edin.
"Krisp" – mənşə: Ermənistan — alternativ olaraq “NVIDIA”, “Broadcast” və “Zoom”, “Google Meet” səs filtrasiyası üçün istifadə edin.
"Zangi" messenceri – mənşə: Ermənistan — alternativ olaraq “Signal” və ya “Wire” istifadə edin”.
Fərid Pərdəşünas vurğulayıb ki, bu məlumatları paylaşmaqda məqsəd belə tətbiqləri pisləmək deyil. Əsas məqsəd çox ciddi məsələ olan məlumat təhlükəsizliyidir. Bu tətbiqlərdən istifadə edənlər diqqətli olsunlar və daha etibarlı alternativlərə keçid etsinlər.
Səfər
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO

















