İşlənmiş şinlərin “üstün cəhəti”: ucuzdur, amma...

Bu gün ölkəmizdə və dünyada ikinci əl şin alan sürücü kifayət qədərdir. Avtosfer.az xəbər verir ki, çox vaxt sürücülər pula qənaət üçün işlənmiş təkər alırlar. Bəs bu təkərlərin riski və üstünlüyü nədən ibarətdir?
Britaniyalı ekspertlər bazardan təsadüfi seçdikləri işlənmiş təkərləri laboratoriyada sınaqdan çıxarıblar. Məlum olub ki, satışa təqdim edilən təkərlərin 98%-i təhlükəsizlik normalarına cavab vermir. Bunlardan 35%-i isə istismar etmək ümumiyyətlə təhlükəlidir.
İşlənmiş şinlərin əsas problemi zədə, protektor naxışının yeyilməsi, çat, köhnəlik və kobud montajdır. Bu təkərlərin yeganə üstünlüyü ucuz olmasıdır. Lakin...
İşlənmiş təkərin istismar müddətinin az olmasını nəzərə alarsaq, bu üstünlük aldadıcıdır.
Ən əsası, yağışlı havada pis təkərə görə qəza keçirsək təmirə neçə təkərin pulu sərf ediləcək? Yaxşı olar ki, “mən heç vaxt təzə təkər almamışam, heç nə də olmayıb” deyən sürücülərin səmimiyyətinə inanmayaq.
Vüqar
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












