Konstruksiyaya görə duracağa aparılan bu maşınlar harada təmir edilməlidir? - VİDEO

Avtomobilin duracağa yerləşdirilməsi hallarından biri də normativ tələbləri pozan avadanlıqların quraşdırılmasıdır. Yol polisi əməkdaşları avtomobildə bu cür avadanlıqları aşkar edən zaman sürücünü sükan arxasından kənarlaşdıraraq avtomobili duracağa yerləşdirirlər. Avtomobil duracağa yerləşdirildikdən sonra normativ tələb pozulmuş avadanlıq necə və harada aradan qaldırılmalıdır?
Sürücülər bununla bağlı redaksiyamızın qaynar xəttinə çoxsaylı suallar ünvanlayırlar. Avtosfer.az sürücülərə qaranlıq qalan həmin məqamlara aydınlıq gətirəcək.
Qeyd edək ki, yol polisi əməkdaşı normativ tələbləri pozan avadanlığın quraşdırılması və ya dəyişdirilməsi halını aşkar edən zaman sürücü barəsində dərhal protokol tərtib etməlidir. Bu pozuntunu yerində aradan qaldırmaq mümkün olmadıqda nəqliyyat vasitəsini duracağa yerləşdirməlidir.
Qanunvericilikdə qeyd olunub ki, avtomobil duracağa gətirilmə səbəbi aradan qaldırıldıqdan sonra buraxılır.
Məsələn, asqı sisteminə normativ tələblərin pozulması ilə avadanlıq quraşdırılıbsa qanunun hərfi mənasına görə həmin pozuntu mühafizə olunan duracaqda aradan qaldırıldıqdan sonra buraxılmalıdır. Qanunun bu hissəsi məntiqsizdir. Çünki sürücü avtomobilə elə bir mürəkkəb dəyişiklik edə bilər ki, onu aradan qaldırmaq üçün xüsusi avadanlıq, xüsusu texnikaya ehtiyac olsun. Bu cür dəyişikliyi duracaqda aradan qaldırmaq mükmün olmadığı üçün qanunun bu hissəsi məntiqsiz hesab olunur. Bunu icra etmək mümküm olmadığı üçün qanun dəyişdirilməlidir. Normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması halları və ya nəqliyyat vasitəsinin yararsız vəziyyətə düşməsi halları baş verən zaman istismarın qadağan edilməsi hallarının mexanizmi olmalıdır. Məsələn, sürücü əyləc sistemi və ya işıq cihazları nasaz vəziyyətdə olan avtomobillə yola çıxan zaman onun istismarı qadağan olunmalıdır və bunun da bir mexanizmi olmalıdır.
Könül
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












