LED işıqlar qadağandır? – DYP-dən AÇIQLAMA - VİDEO

Bəzi sürücülər LED işıqlarla bağlı çox vaxt cərimələnir. Bu işıqlar barədə çaşqınlıq tez-tez yaranır. Bir çox vətəndaş isə “LED işıqların insan gözünə ziyan verirsə, bəzi zavod üsulu ilə olan niyə ziyan vermir?” sualına cavab axtarır.
Bəs LED işıqlar qadağandır?
Avtosfer.az xəbər verir ki, bu sualı “AvtoFM” verlişində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cavablayıb.
O, bildirib ki, avtomobillərə işıqlar quraşdırmaq qadağandır deyiləcək hər hansı bir informasiya yoxdur: “İstehsalçının müəyyən etdiyi işıq sisteminə müdaxilə edilərkən qadağalar formalaşır. Normativ tərəflər yalnız bu zaman pozulur. Misal üçün, avtomobilin işıqları normal, adi lampalardır, amma ona LED lampalar quraşdırılıb. Bu zaman normativ tələblər pozulur. Çünki istehsalçı ona LED işığı və ya ksenon tipli işığı yaymaq üçün lazımi avadanlıqları quraşdırmayıb. Sadəcə olaraq yol işıqlansın deyə həmin lampalardan istifadə edilir. O da yollarda “projektor” effekti verir və qarşıdan gələn bütün nəqliyyat vasitələrinin hərəkətinə maneçilik yaradır. Əgər istehsalçı normativ tələblərdə, LED, ksenon və yaxud da başqa formada işıqlar müəyyənləşdiribsə, burada təbii ki, onun bütün standartlarını nəzərə alıb. Özbaşına LED, ksenon və digər formada işıq cihazlarından istifadə etmək olmaz”.
Məhəbbət Tərlanoğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












