Lukaşenkonun Azərbaycana hədiyyə etdiyi traktorlar - TEXNİKİ XÜSUSİYYƏTLƏR - FOTO

Qarabağa səfər edən Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana traktorlar hədiyyə etdi. Məlumat üçün deyək ki, Lukaşenko traktoru ən çox hörmət etdiyi ölkələrə və liderlərə bağışlayır. Həm də nəzərə alaq ki, Azərbaycana bir dəfəyə həm kiçik, həm də böyük seriyadan 2 traktor hədiyyə edilib. Biz də bu traktorlar barədə oxuculara müəyyən qədər məlumat vermək istədik.
Avtosfer.az xəbər verir ki, traktorlardan kiçiyi 300 seriyasından olan MTZ 320.4-dür. Bu, Belarusda istehsal olunan ən kiçik traktordur. 35 at gücündə üçsilindrli Dizel mühərriklə təchiz olunmuş texnika əsasən yol təsərrafatı və kommunal işlərdə istifadə edilir. Seriyanın istehsalı 21-ci əsrdə başlayıb. İlk dövrlərdə traktor xarici mühərriklə komplektləşdirilsə də, sonradan texnikada Minsk Motor Zavodunun mühərriklərinin quraşdırılmasına başlanılıb. Kənd təsərrüfatında bu traktor bir qayda olaraq dar yerlərdə, kiçik təsərrüfatlarda və üzümçülükdə istifadə olunur.
Böyük traktor isə MTZ 1222-dir. Azərbaycanda da kifayət qədər tanınan bu traktor altısilindrli, 122 at gücünə malik Dizel mühərriki ilə təchiz edilib. Traktor ağır kənd təsərrüfatı işləri və qoşqu üçün nəzərdə tutulub.
Hər 2 traktor istismar ediləcəyi regiondan asılı olaraq müxtəlif növ mühərriklərlə komplektləşdirilir. 1222 modelinin kondisionerli versiyaları da mövcuddur.
Vüqar
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO

















