Maşına bu şüşələrdən quraşdıran sürücülərin diqqətinə! - 150 manat cəriməsi var - FOTO

Bəzi sürücülər avtomobilin zavod tərəfindən quraşdırılmış alın şüşəsini dəyişərək rənglisi ilə əvəz edirlər. Məsələ ilə bağlı redaksiyamıza sürücülər tərəfindən tez-tez suallar ünvanlanır. Rəngli şüşənin qanuni olub-olmadığı çoxlarına qaranlıq qalıb.
Qanun bu haqda nə deyir?
Qeyd edək ki, qanunda rəngli şüşə ilə bağlı bir qadağa yoxdur. Rəngli şüşəni bir şərtlə quraşdırmaq olar ki, şəffaflıq dərəcəsi normativlər çərçivəsində olsun.
Lakin rəngi dəyişən buqələmun (xameleon) və güzgü effekti yaradan şüşələrin istifadəsi qadağandır. Hətta bəzi plyonkalar var ki, güzgü effekti yaradır. Bu plyonkaların heç bir şüşəyə vurulmasına icazə verilmir. O cümlədən buqələmun və güzgü effekti yaradan şüşələrin də istifadəsi qadağandır. Təqdim etdiyimiz videodakı "Lexus" markalı avtomobilin alın şüşəsinin də güzgü effekti yaratması aşkar şəkildə görünür. Bu şüşələrdən istifadə edən sürücü normativ tələbləri pozmuş hesab olunur.
Yol polisi əməkdaşı bu şüşələrdən istifadə edən sürücüləri aşkar edən zaman İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsilə 150 manat məbləğində cərimə edə bilər.
Fərid
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT













