Maşına spoyler quraşdırıb tüninq etməyin cəriməsi var? - VİDEO

Gənc sürücülər idarə etdikləri avtomobillərə bəzi əlavələr edərək görünüşünü dəyişirlər. Əsasən avtomobilin ayaqlıq hissəsinə, bamperlərinə və yük yerinin üzərinə spoyler quraşdıraraq sport görünüş yaradırlar.
Quraşdırılan bu avadanlıqlar qanuni hesab olunur, yoxsa yox?
Avtosfer.az xəbər verir ki, avtomobilin sadalanan detallarına əlavə avadanlıqlar quraşdırıb görünüşünü dəyişmək qanun pozuntusu hesab edilmir. Çünki qanunvericilikdə qeyd olunub ki, nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla əlavə avadanlıq quraşdırmaq qadağandır. Fotoda gördüyünüz avtomobilə edilmiş dəyişiklikdə hər hansısa bir normativ tələbdən söhbət gedə bilməz. Çünki bu detallarla bağlı heç bir normativ tələb müəyyən olunmayıb. Ona görə də edilən belə dəyişikliklər qadağan deyil və bunun heç bir cəriməsi yoxdur.
Sürücülərdə bir sual da yaranır ki, belə dəyişikliklər avtomobilin qeydiyyat şəhadətnaməsinə əlavə edilməlidir?
Qeyd edək ki, bu cür dəyişikliklər reyster məlumatları olmadığı üçün qeydiyyat şəhadətnaməsinə əlavə edilməli deyil.
Nərmin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












