Maşındakı bu konstruksiyalar yanacaq sərfiyyatını artırır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

Artan yanacaq qiymətləri fonunda sürücülərin xərclərə qənaət yolları axtarışı davam edir. Mütəxəssislər bildirirlər ki, bu istiqamətdə ən sadə və effektiv üsullardan biri avtomobildə istifadə olunmayan aksesuarların aradan qaldırılmasıdır.
Avtosfer.az xəbər verir ki, aparılan araşdırmalar avtomobilin damında quraşdırılan, lakin istifadə olunmayan dayaqlar və daşıyıcı çubuqların yanacaq sərfiyyatına mənfi təsir göstərdiyini ortaya qoyub. Qeyd olunur ki, bu cür konstruksiyalar avtomobilin aerodinamik quruluşunu pozur, nəticədə hava müqaviməti artır və mühərrik daha çox güc sərf etməli olur.
Müxtəlif beynəlxalq təşkilatların sınaqları da bunu təsdiqləyir. Məsələn, “Car and Driver” tərəfindən aparılan testlərdə dam rəflərinin çıxarılması nəticəsində yanacaq səmərəliliyinin təxminən 12 faiz artdığı müəyyən edilib. “Consumer Reports” isə bu cür aksesuarların istifadəsinin orta hesabla 11 faizə qədər əlavə yanacaq sərfiyyatına səbəb olduğunu açıqlayıb.
Ekspertlər vurğulayırlar ki, hava müqavimətinin təsiri yalnız daxili yanma mühərrikli avtomobillərlə məhdudlaşmır. Elektrikli nəqliyyat vasitələrində də bu amil yürüş məsafəsinə ciddi təsir edir. Aparılan təhlillərə görə, normalda 580 kilometr məsafə qət edə bilən elektrik avtomobili damında iri yüklər olduqda bu göstəricini təxminən 500 kilometrə qədər itirə bilər.
Bundan əlavə, avtomobilin ümumi çəkisi də yanacaq sərfiyyatına birbaşa təsir edən əsas amillərdən biri hesab olunur. Məlumatlara əsasən, nəqliyyat vasitəsində daşınan hər əlavə 45 kiloqram yük yanacaq səmərəliliyini orta hesabla 1 faiz azaldır. Bu isə baqajda lazımsız əşyaların daşınmasının da əlavə xərclərə səbəb olduğunu göstərir.
Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, ehtiyac olmadıqda dam aksesuarlarını çıxarsınlar, avtomobildə artıq yük saxlamasınlar və baqajı səliqəli şəkildə təşkil etsinlər. Bildirilir ki, bu sadə addımlar həm sürücülük rahatlığını artırır, həm də uzunmüddətli perspektivdə yanacaq xərclərinə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verir.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












