Maşının altına bu işıqlardan quraşdırmaq olar? - QANUN BELƏ DEYİR - VİDEO

Bəzən sürücülər avtomobilin müxtəlif yerlərinə əlavə işıq cihazları quraşdıraraq görünüşü dəyişməyə çalışırlar. Belə sürücülərdən biri Avtosfer.az-ın kamerasına düşüb. 77-ET-170 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü ayaqaltı hissəsinə göy rəngli işıqlar quraşdıraraq paytaxt küçələrində hərəkət edib. Bu işıq cihazları asfalt qatını işıqlandırdığı üçün digər sürücülərin diqqətini cəlb edir. Bu cür işıq cihazları nəqliyyat vasitəsini idarə etməkdən fikri yayındırır.
Bəs qanun belə işıq cihazları ilə bağlı nə deyir?
"Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsində qeyd olunub ki, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Əks halda nəqliyyat vasitəsinin istismarı qadağan edilir və inzibati məsuliyyət tədbirləri həyata keçirilir.
Videogörüntüdəki avtomobilə yerləşdirilmiş işıq cihazları nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmadığı üçün qanun bunu qadağan edir. Bu əmələ görə sürücü 150 manat məbləğində cərimə edilə bilər.
Leyla
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












