Maşının arxasında velosiped daşıyan sürücüləri 800 manat cərimə gözləyir? - Qanun belə deyir - VİDEO

Minik avtomobillərində velosipedlərin daşınması üçün xüsusi qurğular nəzərdə tutulub. Həmin qurğunu avtomobilin arxa hissəsinə bərkidərək velosipedi rahat şəkildə daşımaq olur. Lakin bəzi hallarda bu qurğu qeydiyyat nişanının və ya xarici işıq cihazlarının üzərini bağlayır. Belə olan halda sürücünü hansı məsuliyyət gözləyir?
Avtosfer.az xəbər verir ki, təcrübədə qeydiyyat nişanının üzərinin bağlanmasına görə tətbiq edilən cərimə ilə bağlı yanlış fikirlər formalaşıb. Bəzən bildirirlər ki, bunun 800 manat cəriməsi var. Bu, düzgün yanaşma deyil. "Yol hərəkəti haqqında" qanunun 57-ci maddəsində qeyd olunub ki, daşınan yük xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutmamalı, habelə əl ilə verilən siqnalların qəbul edilməsinə mane olmamalıdır. Mane olursa, deməli sürücü sadəcə yükdaşıma qaydalarını pozmuş hesab olunur. Bu qaydanın pozulmasına görə isə 800 manat deyil, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Nərmin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












