Maşının bu hissələrini qara rəng edən sürücüləri nə gözləyir? - İZAH

Bəzi avtomobillərin dam hissəsi panorama deyilən lyuk sistemi ilə istehsal edilir. Bunlar adi lyuklara nisbətdə daha böyükdür. Demək olar ki, damın bütün hissəsi lyukdan ibarət olur. Lyuk qara rəng olduğu üçün sürücülər onun kənarını, yəni qapının üst kantını qara rəngə boyayırlar. Lakin yol polisləri bunun qanunsuz olduğunu iddia edərək avtomobilləri duracağa aparır.
Avtomobilin bu hissəsinin rəngini dəyişmək qadağandır, yoxsa yox?
Avtosfer.az xəbər verir ki, qanunvericiliyə görə avtomobilin rəngi dəyişdikdən sonra Dövlət Yol Polisi İdarəsinə təqdim edilməli və yeni rəng qeydiyyata alınmalıdır. Əsasən ban detallarının ümumi rəngi dəyişən zaman qeydiyyat vacib hesab edilir. Detalın hansısa bir hissəsinə, məsələn, kapotun, buferin və ya qapının kiçik bir hissəsinin rəngini dəyişmək qanunsuz sayıla bilməz. Eyni zamanda bu cür dəyişiklikləri qeydiyyata aldırmağa ehtiyac yoxdur.
Onu da qeyd edək ki, belə xırda dəyişiklikləri vinillə də etmək olar. Sürücü istədiyi vaxt onu sökə və ya yenisini yapışdıra bilər. Burada hər hansısa bir qanun pozuntusundan söhbət gedə bilməz.
Emin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












