Maşının mühərriyindəki filterin üz qabığı niyə əriyir? – Avtomobil ustası səbəbləri AÇIQLADI - FOTO

Son zamanlar bəzi sürücülər avtomobillərində gözlənilməz bir problem ilə üzləşdiklərini bildirirlər. Avtosfer.az xəbər verir ki, sürücülər avtomobilin ən vacib hissələrindən biri olan filterin qabığında ərimə müşahidə olunduğu ilə bağlı şikayət edirlər. İlk baxışdan xırda bir nasazlıq kimi görünən bu hal əslində mühərrikə ciddi ziyan vura bilər.
Maraqlıdır ki, belə hadisələr daha çox isti hava şəraitində, uzun yol qət edilərkən və ya yanacaq sistemində gərginlik yarandığı hallarda ortaya çıxır. Filter korpusunun zədələnməsi təkcə mühərrikin işləməsinə deyil, həm də yanacaq sərfiyyatına, ümumiyyətlə avtomobilin təhlükəsizliyinə təsir göstərə bilər.
Bəzi avtomobil ustaları bunun səbəbini keyfiyyətsiz ehtiyat hissələrinin istifadəsi ilə əlaqələndirsələr də, digərləri mühərrikin istilik balansının pozulmasını əsas səbəb kimi göstərirlər. Hər iki halda ortada ciddi risk dayanır.
Bəs görəsən, “filter qabığının əriməsi” dedikdə konkret olaraq nə nəzərdə tutulur və sürücülər bu problemlə üzləşməmək üçün nə etməlidirlər?

Məsələ ilə bağlı avtomobil ustası Adbulla Məmmədov Avtosfer.az saytına müsahibəsində bildirib ki, avtomobildə filter qabığının əriməsi elə-belə ortaya çıxan xırda nasazlıq deyil, bu, sürücülərin ciddi diqqət yetirməli olduğu bir problemdir.
“Çox vaxt bu hal yanacaq filterlərində baş verir. Səbəbləri müxtəlif ola bilər: mühərrikin həddindən artıq qızması, filterin tıxanması, keyfiyyətsiz və ya saxta ehtiyat hissələrinin istifadəsi, bəzən də filetrin düzgün quraşdırılmaması. Məsələn, mühərrik bölməsində temperatur normadan artıq qalanda filterin plastik qabığı tab gətirmir və əriməyə başlayır. Bu xüsusən yay aylarında və ya soyutma sistemi zəif işləyəndə müşahidə olunur. Digər bir hal isə filterin tıxanmasıdır. Yanacaq rahat keçə bilmədiyi üçün təzyiq artır və nəticədə filterin korpusu zədələnir. Çox sürücülər ucuz filter alaraq qənaət etdiklərini düşünürlər, amma bu, daha böyük xərclərə səbəb ola bilər. Belə filterlər temperatur və təzyiqə tab gətirmir, tez sıradan çıxır. Ən təhlükəlisi isə odur ki, filter əridikdə yanacaq və ya çirkli hissəciklər birbaşa mühərrikə daxil olur. Bu isə mühərrikin ömrünü qısaldır, yanacaq sərfini artırır və nəticədə sürücünü yolda qoyur”.
Avtomobil ustası qeyd edib ki, sürücülər mütləq keyfiyyətli, orijinal filterlərdən istifadə etsinlər.
“Soyutma sisteminə diqqət yetirsinlər, hər texniki baxışda filtrin vəziyyətinə baxdırsınlar. Yanacağı da etibarlı məntəqələrdən doldursunlar. Əks halda, xırda görünən bir problem sonradan böyük xərc və ciddi nasazlıq yarada bilər”.
Fidan
Sürücülərin təhlükəli vərdişi: Zolaq dəyişmək niyə risklidir? – VİDEO
"Anti cib" modeli dayanacaqlarda təhlükəsizliyi artıracaq? - İZAH
Yol kənarında dayanan piyadalar niyə sürücülər üçün risk yaradır? – VİDEO
Qaraj alanda aldanmamaq üçün bu yazını oxuyun! - FOTOLAR
Bakıda bu ərazilərdə yeni dayanacaq pavilyonları quraşdırıldı – FOTOLAR
Bu məntəqələrin yanından keçərkən sürəti azaldın – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Yayda avtomobili tez soyutmağın sadə üsulu – MÜTƏXƏSSİS AÇIQLADI
Tıxac niyə azalmaq əvəzinə artır? – Ekspert səbəblərini AÇIQLADI
Bir neçə zolağın eyni anda dəyişdirilməsi qəza riskini artırır – MÜTƏXƏSSİS – VİDEO
Gələcəyin nəqliyyat mühəndisi təkcə layihə çəkməyi bacarmamalıdır - EKSPERT
Yol kənarındakı bu maneələr qəza riskini artırır – MÜTƏXƏSSİS - VİDEO










