Maşının təkərləri ilə bağlı bu tələblərə əməl etməyən sürücüləri hansı cəza gözləyir?

Sürücülərin avtomobildə nəzarət etmədiyi hissələrdən biri də təkərlərdir. Əksər sürücülər şinlərlə bağlı tələblərdən xəbərsizdirlər. "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsində şinlərlə bağlı müəyyən tələblər mövcuddur. Həmin əlavədə şinlərin protektorundakı naxışların hündürlüyü ilə bağlı ölçülər müəyyən olunub:
1) Minik avtomobillərində naxışların qalmış hündürlüyü 1,6 mm-dən,
2) Yük avtomobillərində — 1 mm-dən,
3) Avtobuslarda — 2 mm-dən,
4) Motosiklet vəmopedlərdə— 0,8 mm-dən az olduqda istismara yararsız hesab olunur.
Eyni zamanda şinlərdə kordun çılpaqlaşması, habelə karkasın təbəqələrə ayrılması, protektorun və şinin yan rejiminin qopması kimi yerli zədələr (yarıq, kəsik, qırıq) olduqda istisamara yararsız hesab edilir.
Bununla yanaşı avtobusun, minik və yük avtomobilinin və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə diaqonal şin və ya protektoru müxtəlif naxışlı şinlər geydirildikdə avtomobil istismara yararsız olur.
Bu nasazlıqları aradan qaldırmaq mümkün olmadığı halda sürücü 50 manat məbləğində cərimə oluna bilər.
Leyla
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












