“Məktəbə dəstək - Yol hərəkəti qaydalarını öyrənirik” adlı tədbir keçirilib - FOTO

Dünən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uyğunlaşdırılmış birgə Fəaliyyət Planına əsasən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaq avtoşəhərciyində “Zəngi” liseyinin müraciəti nəzərə alınaraq ibtidai sinif şagirdi üçün “Məktəbə dəstək-yol hərəkəti qaydalarını öyrənirik!” layihəsi çərçivəsində maarifləndirici məşğələ keçirilib. “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq keçirilən layihənin məqsədi uşaqların yol hərəkəti qaydalarını öyrənməyə həvəsini yüksəltmək, onlara kiçik yaşlardan bu qaydaların vacibliyini təbliğ etməkdir.
Məşğələdə uşaqlarla birgə müəllimlər və valideynlər də iştirak edib.
Əvvəlcə onlar uşaq avtoşəhərciyi və oradakı yol nişanları, nişanma xətləri ilə tanış olublar, piyada keçidlərindən istifadə etməklə svetoforun işarələrinə əməl edib yolu keçmə qaydalarını nümayiş etdiriblər. Uşaqlara birtərəfli və ikitərəfli yolların fərqi izah edilib, bu yolların keçilmə qaydaları göstərilib.
Mərkəzin zalında komandalara ayrılmış uşaqlarla yol hərəkətinə aid viktorina, oyunlar keçirilib. Pazıllarla müxtəlif yol nişanları yığılıb. Fərqlənən uşaqlara yol hərəkəti qaydalarına aid əyani vəsaitlər paylanıb. Sonda onlara yol hərəkət qaydalara əməl etmək tövsiyə edilib.
“Elm və texnologiya” şöbəsinin metodisti, Yol hərəkəti qaydaları dərnəyinin rəhbəri Sevda Əsgərovanın apardığı məşğələdə 1 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə xanım Abdullayeva və Mərkəzin əməkdaşları da iştirak ediblər.
Şahin
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO


























