Naxçıvanda taksi sürücüləri üçün təlimlərə başlanıldı - FOTO

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi muxtar respublikada avtomobil nəqliyyatı sahəsində sərnişindaşıma və yükdaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, sərnişin və yük daşımalarının qabaqcıl beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirir.
Avtosfer.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, muxtar respublikada ilk dəfə olaraq taksi minik avtomobil sürücüləri üçün etik davranış qaydalarına aid xüsusi təlimlərə başlanılıb. Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə təlimlər hər qrupda 25 nəfər olmaqla Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil edilir.
Tədris zamanı iştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları haqqında ətraflı məlumatlar verilir, habelə yol hərəkəti qaydalarını özündə əks etdirən praktiki məşğələlər keçirilir.
Tədris müddəti gündəlik 2 növbəli olmaqla, 5 gün davam edəcək. İmtahandan müvəffəqiyyətlə keçən sürücülər müvafiq şəhadətnamələrlə təmin olunacaqlar.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT














