Nəqliyyat eksperti təlimçi xanım sürücülərlə görüşdü - 149 avto-dan nümunə - VİDEO - FOTO

Nəqliyyat eksperti, Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı 149 avto-təlim kurslarının xanım sürücüləri ilə görüşüb. Kişi təlimçilərin də iştirak etdiyi görüşdə maraqlı müzakirələr aparılıb.
Elməddin Muradlı xanım təlimçilərin etdiyi səhvlərə dair videoçarx nümayiş etdirib və bildirib ki, müxtəlif adlar altında fəaliyyət göstərən xanım təlimçilər bəzi hallarda ciddi xətalara yol verirlər. Xüsusən, təlim zamanı mobil telefondan istifadə edilir ki, bu da ciddi qayda pozuntusudur. Əksər hallarda xanım təlimçilər mobil telefonla çəkiliş aparır, canlı yayım edir və diqqəti yolda, təlim keçdiyi şəxsdə yox, telefonda olur. Belə olan halda qəza qaçılmazdır. Ən önəmlisi isə xanım təlimçilər bu hərəkətlərlə təlim keçdikləri insanlara pis nümunə olurlar: “Biz bəzən onların yaydığı videolara baxıb görürük ki, təlim zamanı səhv məlumatlar verirlər, düzgün təlim keçmirlər”.
Elməddin Muradlı pik saatlarda ümumi istifadədə olan yollarda təlim keçilməsinin həm riskli, həm də tıxaca və sıxlığa səbəb olduğunu diqqətə çatdırıb: “Ümumən götürsək, təlimçi olmaq peşəkarlıq və səbr tələb edir. Bilirəm ki, 149 avto-təlim kurslarında sürücülərə ciddi nəzarət var. İntizamsızlıq edənlər isə cəzalanır”.
Ekspert qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramında təlimçilərin sertifikatlaşdırılması nəzərdə tutulur. Odur ki, təlimçilər öz üzərlərində işləməli, peşəkarlığı daha da artırmalıdır. Əks halda prosesdən kənarda qala bilərlər.
Görüş zamanı xanım təlimçiləri maraqlandıran suallar cavablandırılıb, yol hərəkəti qaydalarına dair fikir mübadiləsi aparılıb, zəruri bilgilər diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən 149 avto-təlim kurslarının rəhbəri İlahə İbrahimova belə görüşün keçirilməsinə görə ekspert Elməddin Muradlıya təşəkkür edib. O bildirib ki, rəhbəri olduğu şirkətdə çalışan bütün təlimçi sürücülər ciddi yoxlanılır və neqativ halları aşkar etmək üçün müxtəlif nəzarət mexanizmləri tətbiq edilir. Təlimlərə cəlb olunan həm qadın, həm də kişi sürücülərlər fərdi söhbətlər aparılarkən bütün incəliklər diqqətə çatdırlır. Nəticədə təlim prosesi konkret plan üzrə həyata keçirilir ki, bu da yollarda hansısa neqativ halın yaranmasının qarşısını alır.
İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat şirkətləri gəlirlərini necə təmin edir? - ARAŞDIRMA
Bəziləri düşünür ki, qaydalara uyğun sürürsə, qəzada başqası günahkardır – MÜTƏXƏSSİS - VİDEO
Küçə və prospektləri düzgün planlaşdırılan şəhər təhlükəsizliyin təminatıdır - EKSPERT
Səkilərin olmaması şəhər həyatında hansı fəsadlara səbəb olur? – ARAŞDIRMA - FOTO
Avtomobil park etmək üçün bu 4 qaydaya əməl edilməlidir - MÜTƏXƏSSİS - VİDEO
Maşındakı bu konstruksiyalar yanacaq sərfiyyatını artırır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Bakıda fəaliyyət göstərən avtobusların sayı 2350-yə çatıb - EKSPERT
Maşında bu düymənin nə işə yaradığını bilirdiniz? - TÖVSİYƏ - FOTO
Maşından asılan bu aksesuara diqqət edin; əlavə xərc yarada bilər - TÖVSİYƏ
Piyadaların təhlükəsiz hərəkəti üçün ideal səki necə olmalıdır? - FOTO
Təhlükəsiz şəhər konsepti necə təşkil edilməlidir? – Ekspert AÇIQLADI - FOTO
















