Palçıq fartukları olmayan maşın duracağa aparıla bilər? - İZAH - VİDEO

Bir çox nəqliyyat vasitələrinin arxa təkərlərinə zavod tərəfindən palçıq fartukları quraşdırılır. Lakin bu, bütün nəqliyyat vasitələrinə tətbiq edilmir. Bəzən isə sürücülər fartukları çıxararaq avtomobilə yersiz müdaxilələr edirlər.
Fartukların funksiyası ondan ibarətdir ki, yollarda hərəkət edən zaman palçığı, çınqılı arxadakı nəqliyyat vasitələrinə çırpmağın qarşısını alsın.
Bəs palçıq fartukları olmayan nəqliyyat vasitəsinə görə sürücü məsuliyyətə cəlb edilər bilər?
Əgər zavod tərəfindən nəzərdə tutulmayıbsa, həmin nəqliyyat vasitəsini idarə edən sürücünü heç bir məsuliyyət gözləmir.
Sürücü müdaxilə edərək fartuku çıxarırsa, bu, nasazlıq hesab edilir. Qanunvericilikdə qeyd olunub ki, belə nasazlıqların aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə sürücü 50 manat məbləğində cərimə edilə bilər. Bu nasazlıqları aradan qaldırmaq isə çox asandır. Ehtiyat hissələri mağazasından 2 ədəd fartuk alıb yerinə bağlamaq məsələni həll edir.
Bəs palçıq fartuklarının çıxarılmasına görə nəqliyyat vasitəsi duracağa aparıla bilər?
Yuxarıda qeyd etdiyimiz kimi palçıq fartuklarının sürücü tərəfindən çıxarılması nasazlıq hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsi nəqliyyat vasitəsinin hansı hallarda duracağa yerləşdirilməsini tənzimləyir. Həmin maddədə nəqliyyat vasitəsinin nasazlıq səbəbindən duracağa yerləşdirilməsi ilə bağlı heç bir göstəriş qeyd edilməyib. Buna səbəbdən nəqliyyat vasitəsində olan istənilən nasazlığa görə avtomobilin duracağa aparılması qanunsuz hesab edilir.
Könül
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












