Parlament seçkiləri avtomobil sektoruna necə təsir göstərəcək?

Avropa vətəndaşları iyunun 9-da Avropa Parlametinin deputatlarını seçəcəklər. Yeni parlament köhnə qitədə bir çox sahəyə, o cümlədən avtomobil sektoruna da təsirsiz ötüşməyəcək.
Avtosfer.az xəbər verir ki, avtomobillə bağlı məsələlər bütün partiyaların proqramlarında yer alır. İstər sol, istərsə də sağmeylli partiyaların (burda bütün adları yazmağa ehtiyac yoxdur – müəl.) namizədləri daha təmiz nəqliyyata keçidi önə çıxaracaqlarını bildirirlər. Lakin solçular və ekoloqlar bu məsələdə daha ciddi yanaşma ortaya qoyurlar. Birincilər əsasən ucuz və ekoloji təmiz ictimai nəqliyyatın tərəfdarıdırlar. Ekoloqlar da bu təklifi bölüşür, lakin onlar 2035-ci ildən yanacaqla işləyən maşınların tam qadağan edilməsinin tərəfdarıdır. Sağçılar isə bu qadağanın əleyhinədirlər. Bundan başqa, əksər siyasi qüvvələr dəmir yoluna daha ciddi diqqqət ayırmağa və aviasiya nəqliyyatını məhdudlaşdırmağa tərəfdardır. Ekoloqlar isə əlavə olaraq 25 metrlik yük avtomobillərini qadağan etmək istəyirlər.
Əslində sonuncu qadağa barədə müzakirələr çoxdandır aparılır. Qadağa tətbiq edilərsə, keçmiş SSRİ məkanında Avropadan idxal edilmiş yük avtomobilləri ucuzlaşacaq. Avropaya yük daşımaq isə çətinləşəcək.
Vüqar
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












