Pensiya alan şəxs işdən çıxmağa məcbur edilə bilər? – QANUN NƏ DEYİR? - FOTO

Sosial şəbəkələrdə və ictimai müzakirələrdə son günlər ən çox diqqət çəkən mövzulardan biri pensiya yaşına çatmış şəxslərin işləmək hüququ ilə bağlıdır.
Avtosfer.az xəbər veriri ki, izləyicilərimizdən biri redaksiyamıza müraciət edərək bildirib ki, onun valideyni artıq 60 yaşına çatıb, pensiya alır və hal-hazırda çalışdığı müəssisə bu səbəbdən onunla əmək müqaviləsini dayandırmaq istədiyini bildirib. Bu isə həm vətəndaşlar, həm də əmək münasibətlərində çalışan bir çox insan üçün ciddi sual doğurub.
Bəs doğrudanmı pensiya alan şəxslərin işləməsinə icazə verilmir? Əmək müqaviləsinin yalnız pensiya faktına görə dayandırılması nə dərəcədə əsaslıdır?
.jpg)
Məsələ ilə bağlı hüquqşunas Ramil Süleymanov saytımıza açıqlamasında bildirib ki, Azərbaycanda hazırda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün isə 63 yaş müəyyən edilib:
“Əgər şəxs 60 yaşında pensiya almağa başlayıbsa, bu, onun zərərli və ya ağır iş şəraitində çalışması, yaxud xüsusi güzəştli kateqoriyaya daxil olması ilə bağlıdır. Yəni həmin şəxs pensiyaya daha erkən çıxmaq hüququ əldə edib. Bununla belə, pensiya almaq işçinin işləmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçinin pensiya yaşı çatması və ya pensiya alması onun əmək müqaviləsinin ləğvi üçün əsas sayılmır”.
Hüquqşunas qeyd edib ki, əgər əmək müqaviləsində və ya müəssisənin daxili qaydalarında qanunla təsdiqlənmiş xüsusi şərtlər nəzərdə tutulubsa, bu hallar ayrıca qaydada qiymətləndirilə bilər:
“Lakin ümumi qaydaya görı pensiya alır deyə, işçinin işinə son qoymaq qanunsuzdur. Bundan başqa, qanunvericiliyə əsasən, əgər şəxs zərərli əsaslarla erkən pensiyaya çıxıb və daha sonra yeni əmək müqaviləsi bağlayaraq başqa bir müəssisədə işləməyə başlayıbsa, bu zaman onun pensiya kapitalı artır. Bu artım onun əmək fəaliyyəti dövründə sosial sığorta haqlarının yenidən hesablanması nəticəsində baş verir.
Hər 72 aydan bir (yəni 6 ildən bir) həmin şəxsin pensiya kapitalı böyüdüyünə görə yenidən hesablanır və bu dəyişiklik pensiya məbləğinə əlavə olunur”.
Fidan
Bakıda bu ərazilərdə yeni dayanacaq pavilyonları quraşdırıldı – FOTOLAR
Bu məntəqələrin yanından keçərkən sürəti azaldın – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Yayda avtomobili tez soyutmağın sadə üsulu – MÜTƏXƏSSİS AÇIQLADI
Tıxac niyə azalmaq əvəzinə artır? – Ekspert səbəblərini AÇIQLADI
Bir neçə zolağın eyni anda dəyişdirilməsi qəza riskini artırır – MÜTƏXƏSSİS – VİDEO
Gələcəyin nəqliyyat mühəndisi təkcə layihə çəkməyi bacarmamalıdır - EKSPERT
Yol kənarındakı bu maneələr qəza riskini artırır – MÜTƏXƏSSİS - VİDEO
Körpü və tunellərdə qəza riskindən necə qorunmaq olar? – MÜTƏXƏSSİS – VİDEO
Narkoman sürücülər ARTIR – HƏBS çarəmi?
Dəmir yolu keçidlərində səhv edən sürücü və piyadaları nə gözləyir? – Qaydalar pozulur və...
Qısaboylu adamların ön oturacaqda oturması qadağandır? - QANUNLA BELƏDİR - VİDEO










