Piyadalara yol verən zaman qəza işıqlarını qoşmayan sürücüləri hansı cəza gözləyir?

Sürücülər piyada keçidlərində dayanıb yol verən zaman qəza dayanma işıq siqnalını qoşurlar. Bunu qoşmadan dayanıb yol verərkən arxadan gələn sürücülər narazılıq bildirirlər.
Piada keçidində dayanarkən qəza işıqlarını qoşmayan sürücünü hansı məsuliyyət gözləyir?
Adından da göründüyü kimi qəza dayanma işıq siqnalı, yalnız avtomobil qəzalı və nasaz vəziyyətdə olduğu halda yandırılmalıdır. Qanunvericilikdə göstərilib ki, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalıdır. Məcburi dayanma maşının nasaz və qəzalı vəziyyəti kimi başa düşülür. Keçidlərdə dayanıb piyadaya yol vermək məcburi dayanma halı hesab olunmur. Ümumiyyətlə arxadan gələn sürücüləri dayanma ilə bağlı xəbərdar etmək üçün avtomobilin arxasında stop işıqları mövcuddur. Bu işıqlar bildirir ki, sürücü əyləci basıb sürəti azaldır və ya dayanır. Bu işıqları görən hər bir sürücü öz ehtiyatını saxlamalıdır. Stop işıqları olduğu halda üstəlik qəza dayanma işıq siqnalını qoşmaq lüzumsuzdur. Qəza dayanma işıq siqnalını qoşmadan piyadaya yol verən sürücü heç bir qaydanı pozmur və həmin sürücünü heç bir məsuliyyət gözləmir.
Leyla
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












