Piyadaların diqqətinə: Keçiddə olanda bu maşınlara yol verməsəniz cərimələnəcəksiniz - VİDEO

Yollarda hərəkət edən piyadaların əksəriyyəti öz hüquq və vəzifələrindən xəbərsizdirlər. Piyadaların vurulması ilə nəticələnən qəzalarda məhz onların da səhlənkarlığı yer alır. Bəzən onlar düşünür ki, zebra kimi tanıdıqları nişanlanma xətti varsa hər bir halda sürücülər onlara yol verməlidir. Lakin elə hal var ki, piyada dayanıb sürücüyə yol verməlidir.
Bu hansı haldır?
"Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsində qeyd olunub ki, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşdıqda, piyada yolun hərəkət hissəsini keçməməlidir. Hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitələrinə yol verməli və hərəkət hissəsini dərhal boşaltmalıdırlar.
Lakin təqdim etdiyimiz videogörüntüdən aydın şəkildə görünür ki, piyadalar sayrışan işıq və xüsusi səs siqnalı verən təcili tibbi yardım avtomobilinin gəldiyini görsələr də dayanmadan hərəkətlərinə davam ediblər.
Bu xətanı törədən piyadalar üçün qanunvericilikdə 20 manat məbləğində cərimə nəzərdə tutulub.
Nərmin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












