Qanunda boşluq: Xarici ölkə vətəndaşı olan qohumla evlənmək olar? – AÇIQLAMA - FOTO

Cəmiyyətimizdə ən çox müzakirə olunan mövzulardan biri qohum evliliyidir. Avtosfer.az xəbər verir ki, bəzən bu məsələ yalnız ailələr arasında deyil, həm də hüquqi müstəvidə suallar doğurur. Xüsusilə də söhbət yaxın qohum ilə evlənmək istəyən vətəndaşdan gedirsə, vəziyyət daha da həssas xarakter alır.
Azərbaycan qanunvericiliyi yaxın qohumlar arasında nikah bağlamağa qadağa qoyur. Amma maraqlı məqam odur ki, həmin qohum Azərbaycan vətəndaşı deyil, başqa ölkənin vətəndaşıdırsa və orada yaşayırsa. Burada təbii bir sual ortaya çıxır: qadağa yalnız Azərbaycan vətəndaşları arasında olan nikahlara aiddirmi, yoxsa fərqli ölkə vətəndaşları arasında bağlanacaq nikahı da əhatə edir?

Məsələ ilə bağlı hüquqşunas Ramil Süleymanov saytımıza açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, qohum evliliyinin rəsmi qeydiyyata alınmasına yol verilmir:
“Yəni, yaxın qohumlar arasında nikah Azərbaycanda qeydə alına bilməz. Amma bir çox ölkələrin qanunvericiliyində belə bir qadağa yoxdur.
Bu səbəbdən tərəflərdən birinin qeydiyyatda olduğu ölkədə evlənə bilərlər və nikah haqqında şəhadətnaməni əldə etdikdən sonra həmin sənədi Azərbaycanda təqdim edərək nikahın tanınmasına nail ola bilərlər. Burada vacib məqam odur ki, Azərbaycan dövləti həmin nikahı ölkə daxilində kəsmir, sadəcə olaraq, xaricdə bağlanmış nikahı hüquqi sənəd kimi tanıyır. Yəni, faktiki olaraq, məsələn Rusiyada rəsmiləşdirilən bu evlilik Azərbaycanda da etibarlı sayılır”.
Fidan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT













