Qeydiyyat şəhadətnaməsinə "sport" yazdırmaq istəyən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - VİDEO

Sürücülərə ən çox maraqlı gələn mövzulardan biri də qeydiyyat şəhadətnaməsinə "sport" sözünün yazılmasıdır. Bununla bağlı redaksiyamızın sosial şəbəkə hesablarına çoxsaylı suallar ünvanlanır. Son vaxtlar Çinin ehtiyat hissəsi buraxan zavodları əksər avtomobillər üçün "sport" yaylar istehsal edir. Bu yaylar avtomobilin arxasını aşağı saldığı üçün sürücülərdə xüsusi maraq yaradır. Diqqət çəkən məqamlardan biri isə həmin yayların sertifikatla satılmasıdır. Yəni bir kağız üzərində qeyd olunub ki, bu yaylar filan avtomobil marka və modelləri üçün istifadəyə yararlıdır. Sürücülər də sertifikatı əsas götürərək "sport" adlanan yaylardan istifadə etməyə başlayırlar. Bəziləri isə məsələni kökündən həll etmək üçün qeydiyyat şəhadətnaməsinə "sport" sözünü yazdırmağa çalışır.
Bu məsələ ilə bağlı qanun nə deyir?
Avtosfer.az xəbər verir ki, avtomobil üçün istehsalçı zavod tərəfindən nəzərdə tutulmuş yaylardan başqa, digər yaylardan istifadə etmək qadağandır. Çünki zavod, avtomobili istehsal etməmişdən öncə yükgötürmə qabiliyyətini, dayanaqlığını və.s test edərək ona uyğun yaylar istehsal edir. Sonradan hansısa Çin zavodunun
"sport" adı altında yaylar istehsal etməsi və adi kağız üzərində onun istismarına icazə verməsi sadəcə satış hiyləsidir.
Eyni zamanda "sport" və ya bu tipli yazıların qeydiyyat şəhadətnaməsinə yazılması qanunda nəzərdə tutulmayıb. Qanunvericiliyə görə, qeydiyyat şəhadətnaməsinə yalnız reysterə düşən məlumatlar (mühərrik, ban, şassi nömrələri, rəngi, mühərrikin yanacaq növü, ban tipi və.s) qeyd olunmalıdır.
Leyla
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT














