Qəza işıqlarını yandırmağa görə cərimə yazılır? – DYP-dən AÇIQLAMA

Son vaxtlar sürücülərin marağına səbəb olan məsələlərdən biri də qəza işıqlarından istifadənin qayda pozuntusu olub-olmamsıdır.
Bəs qəza işıqlarını yandırmağa görə cərimə yazılır?
Avtosfer.az xəbər verir ki, bu sualı Avto FM radiostansiyasının efirində yayımlanan "Qaydaları pozma" verilişində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cavablayıb.
O bildirib ki, qəza işıqları adından bəlli olduğu kimi, qəzanın qarşısını almaq, qəza baş verdiyi halda məlumat vermək üçün yandırılan işıqdır: “Yəni kimsə kiməsə sağol demək məqsədilə və ya toy karvanlarında çoxlu maşının hamısı bu qəza işığını yandırmaq məcburiyyətində deyil. Piyadalara yol verilərkən qəza işığının yandırılması əslində sürücünün düzgün verdiyi qərardır. Sürücü nizamlanmayan və yaxud da nizamlanan keçiddən yolu düzgün keçməyən piyadanın yola qaçdığını görür. Ətrafdakı sürücüləri xəbərdar etmək üçün də bu işıqları yandırır ki, mən dayandım, sən də dayan. Bu dünyada qəbul olunan bir hal deyil. Çünki normalda sürücü də piyada da düzgün rəftar etməlidir. Piyada yolu keçəndə yola qaçmamalıdır ki, sürücü çıxılmaz vəziyyətdə qalmasın. Yəni həm piyadanı vurmasın, həm də piyadaya görə onu vurmasınlar. Belə hallar baş verib ki, insanlar qəza işıqlarından istifadə edirlər. Sürücünün məqsədi qəza halı yaratmamaqdır. Bu səbəbdən heç kim sürücüyə deyə bilməz ki, sən bu işığı niyə görə yandırdın? Çünki o bildirəcək ki, mən qəzanı hiss elədiyim arxadan gələn sürətini görüb, təhlükənin qarşısını aldım. Yoxsa kimsə dayanma-durma qaydalarını pozub, qəza işığını yandırıb mağazada 15 dəqiqə hər hansı bir məhsulu seçir. Bu, qəza işığının təyinatı deyil”.
Məhəbbət Tərlanoğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












