Qəza zamanı avtomobili yerindən tərpətməyən SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! - VİDEO

Bakıda baş verən zəncirvari qəza uzun tıxaca səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Əbdülvahab Salamzadə küçəsində baş verib. Belə ki, sözügedən yolun sağ hərəkət hissəsində ara məsafəsini düzgün seçməyən 3 avtomobil bir-birinə arxadan toxunub. Videodan da görünür ki, qəza sadəcə avtomobillərin yüngül zədələnməsi ilə nəticələnib. Lakin sürücülər hadisə yerində dayandıqları üçün yolda uzun tıxac yaranıb.
Bu halda qəzaya düşən sürücülər avtomobili hadisə yerindən tərpədə bilərlər, yoxsa yox?
"Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsində qeyd olunub ki, yol nəqliyyat hadisəsi zamanı başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsi boşaldılmalıdır.
Yəni, yolda tıxac yaranırsa sürücülər hadisə yerindən video, foto qeydə alaraq avtomobili oradan kənara çəkməlidirlər. Bunu edən sürücüləri heç bir məssuliyyət gözləmir. Hətta qəzanın baş verməsi ilə bağlı sürücülər arasında heç bir mübahisə yoxdursa, onlar oradan uzaqlaşaraq hadisəni qeydə aldırmaq üçün Dövlət Yol Polisi İdarəsinə yaxınlaşa bilərlər.
Leyla
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












