Qəza zamanı sürücülər razılaşıbsa, cərimə yazıla bilərmi?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu sürücülərin qəzadan sonra öz aralarında razılaşması ilə bağlıdır.
Yol-nəqliyyat hadisəsi zamanı avtomobilə yüngül zədə dəydiyi zaman adətən sürücülər məsələ uzanmasın və yolda tıxac yaranmasın deyə öz aralarında razılaşırlar. Lakin bununla belə Yol Patrul Xidməti əməkdaşlarının həmin sürücülərə yaxınlaşması və sənəd tələb edərək cərimələməsi barədə sosial şəbəkələrdə məlumatlar yayılır. Belə ki, bəzi sürücülər öz aralarında razılaşdıqları halda yol polisinin məsələyə qarışmamalı olduğunu deyirlər.
Rubrikamızın “Qəza törədən sürücülər şikayətçi olmadıqları halda yol polisi işə qarışa bilərmi?” sualına Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis mayoru Araz Əsgərli cavab verib.
Onun sözlərinə görə, hər halda hadisəyə səbəb olan qayda pozuntusu qeydə alınmalıdır:“Qəza törədən sürücülər razılaşıblarsa, demək öz üzərlərinə düşən mülki öhdəlikləri götürüblər. Sığorta qarşısında iddia qaldırmaq istəmirlər və dəymiş zərəri özləri ödəmək istəyirlərsə, heç bir problem və qanun pozuntusu yoxdur. Qanun buna icazə verir. Amma baş verən hadisə yol hərəkəti qaydalarının pozulması olduğuna görə, ona yol polisi hüquqi qiymət verməlidir.
Bundan əlavə, avtomobil təmiri sexlərində sürücülərdən Forma-3 arayışı tələb edəcəklər. Həmin arayışı da yol polisi verir. Arayışı tələb etmədən qəzaya düşən avtomobili təmir edən usta İnzibati Xətalar Məcəlləsinin 345.2-ci maddəsinə uyğun olaraq 250 manat məbləğində cərimələnə bilər. Ona görə də bütün hadisələr qeydə alınmalıdır”.
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












