Qışda maşınlar niyə yanır? - Mütəxəssis AÇIQLADI

Bakı-Sumqayıt şossesinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verib.
Bəlkə də əksəriyyətimiz bu xəbəri oxuyanda “Qarlı-şaxtalı gündə də maşın yanar” deyə öz-özümüzə sual vermişik. Bəs avtomobillər niyə yanır?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı avtomobil ustası Əziz Abbasov Bakıvaxtı.az-a bildirib ki, avtomobillərdə yanğın hadisələrinin əsas səbəblərindən biri elektrik sistemində yaranan nasazlıqlardır. Xüsusilə, istehsalçı tərəfindən nəzərdə tutulmayan, sonradan quraşdırılan avadanlıqlar - LED işıqlar, ambians işıqlandırma, maqnitofonlar, səs gücləndiricilər və digər cihazlar düzgün montaj olunmadıqda, naqillərdə həddindən artıq yüklənmə yarada bilər. Bu da zamanla qızmaya və qısaqapanmaya səbəb olur.
“Qarlı və yağışlı havada avtomobilin elektrik sistemində mövcud olan açıq naqillər nəmlənmə nəticəsində qısaqapanma yaradaraq yanğına səbəb ola bilər. Eyni zamanda, mühərrik hissəsində yığılan duzlu su qarışığı elektrik detallara zərər verə və izolyasiya qatını aşındıra bilər. Buna görə də avtomobil sahibləri mütəmadi olaraq elektrik sistemini yoxlatmalı və əlavə avadanlıqları yalnız peşəkar ustalara quraşdırmalıdırlar”,- deyə usta vurğulayıb.

Əziz Abbasov, avtomobil ustası
Onun sözlərinə görə, avtomobillərdə baş verən yanğınların qarşısını almaq üçün standartlara uyğun qoruyucular və keyfiyyətli naqillərdən istifadə edilməlidir. Həmçinin, elektrik sistemində hər hansı müdaxilə edildikdə, işin peşəkarlar tərəfindən görülməsi vacibdir.
"Avtomobilinizin təhlükəsizliyi üçün elektrik sisteminə daim nəzarət edin və nasazlıqları vaxtında aradan qaldırın",- deyə Əziz Abbasov qeyd edib.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












