Sahibkarların Rəqabət Məcəlləsi haqqında məlumatlandırılmasına başlanıldı

Sahibkarların Rəqabət Məcəlləsi haqqında məlumatlandırılması ilə bağlı layihənin icrasına başlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyindən məlumat verilib.
Məlumatda Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi və ölkə daxilində ədalətli iqtisadi münasibətlər sisteminin formalaşdırılması məqsədi ilə Rəqabət Məcəlləsi haqqında qanunun qəbul edildiyi xatırlanıb.
Qeyd edilib ki, qanunun effektiv tətbiqi və ədalətli olması isə əhalinin, xüsusilə sahibkarların onun mahiyyətini və işləmə mexanizmini düzgün bilməsilə sıx bağlıdır.
Bu məqsədlə "Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sahibkarların Rəqabət Məcəlləsi haqqında məlumatlandırılması” layihəsinin icarsına başlayıb.
Layihə çərçivəsində Bakı, Sumqayıt, Şirvan, Lənkəran, Şəki və Qəbələ rayonlarında Məcəllənin öyrənilməsi məqsədilə görüş-müzakirələr keçiriləcək, TV-lərdə verilişlər təşkil ediləcək, sahibkarlarla dövlət qurumları arasında əməkdaşlıq formalaşacaq.
Bununla əlaqədar olaraq, ilk tədbir iyunun 14-də Sumqayıt şəhərində keçiriləcək.
(faktor.az)
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












