Şəkərli diabet olan sürücülərin nəzərinə - Bunları bilməlisiniz - VİDEO

Sürücülərin sükan arxasında müxtəlif xəstəliklərə görə çətinlik yaşaması, bir çox halda isə qəzalara səbəb olması halları tez-tez müşahidə edilir. Şəkərli diabetdə belə xəstəliklər sırasındadır. Bəs bu xəstəlikdən əziyyət çəkən sürücülər sükan araxasında nələrə diqqət etməli, hansı tədbirlərlə özlərini qorumalıdır?
Avtosfer.az xəbər verir ki, bu barədə Avto FM radiostansiyasının efirində yayımlanan "Faydalı Saat" verilişində endokrinoloq Səmayə Əliyeva sürücülərə məsləhətlər verib.
O bildirib ki, ilk olaraq sürücülər ya üzərlərində, ya da idarə etdikləri maşında şəkər ölçən aparat, yəni qlükometr gəzdirməlidir: “Onlara həmçinin şəkərin düşüb-qalxmasından asılı olaraq maye halda olan şirin içkilərin və ya meyvə şirələrinin də özləri ilə gəzdirmələri məsləhət olunur. Əgər bu mümkün deyilsə, ən azından şəkər, qənd və yaxud da hər hansısa bir şokolad, konfet kimi məhsullardan da saxlaya bilərlər. Sürücü insuldə olan xəstədirsə insulinlərini öz üzərlərində gəzdirməsi çox yaxşı olar. Bu insulinlər xüsusi sərinləşdirici qablarda və ya avtomobilin soyuducusu varsa, orada saxlanılmalıdır. Çünki anidən şəkər qalxmaları-düşmələri ola bilər ki, bu zaman tövsiyə olunan məhsullar onlara kömək edəcək. Əziz sürücülər sükan arxasında olsanız belə qidalanmanın vaxtını ötürməməyinizi sizə tövsiyə olunur. Şəkər düşməsi-qalxması qidalanma ilə çox əlaqədardır”.
Məhəbbət Tərlanoğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












