Sərxoş və ya narkotik təsiri altında qəza törədən avtobus sürücüsünə hansı cəza verilir?

Sükan arxasında sərxoş və ya narkotik vasitələrin təsiri altında olmaq inzibati xəta yaradır. Avtosfer.az xəbər verir ki, bəzən ictimai nəqliyyat idarə edən sürücülər də analoji vəziyyətdə maşın sürürlər. Bir çox hallarda avtobus qəzaları zamanı sürücünün sərxoş və ya narkotik vasitənin təsiri altında olduğu aşkarlanır. Bəs belə oladuqda sürücünü hansı cəza gözləyir?
İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində bu hallar üçün cəzalar nəzərdə tutulub. Belə ki, Məcəllənin 333-1.4-cü maddəsində qeyd olunur ki, ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Eyni zamanda qeyd olunan xəta nəticəsində zərər çəkmiş şəxsin, yəni sərnişinlərin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya maddi zərər vurulmasına görə isə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd edək ki, xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir.
Orxan
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO










