Siqaret çəkənlər diqqətli olsun – Fəlakətə səbəb ola bilərsiniz

Siqaretin zərərləri demək olar ki, hamıya bəllidir. Lakin bir çoxu zərərli olsa da tütün məmulatlarına maraq göstərib aludə olur. Nadir hallarda siqaret istifadəçiləri siqareti çəkib bitirdikdən sonra onu atmaq üçün qutu axtarır. Əksərən isə kötükləri ya ayaq altına atıb əzir, ya da kənara tullayır. Bu xüsusən də küləkli hava şəraitində fəlakətlə nəticələnə bilər.
Avtosfer.az xəbər verir ki, bu gün paytaxtda şiddətli külək var. Belə havalarda siqaret çəkənlərin diqqətsizliyi ciddi fəsadlara səbəb ola bilər.
Küçədə siqareti söndürmədən yerə tullamaq mədəniyyətsizlik olduğu kimi həm də təhlükəlidir. Sönməmiş köz küləyin təsiri ilə yanğına çevirə bilər.
Qeyd edək ki, sürücülər çox vaxt avtomobildən sönməmiş siqaret kötüyünü yola atırlar.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsinə görə siqaret kötüklərinin ətrafa atılmasına görə, şəxslər 50 manat məbləğində cərimə edilir.
Məhəbbət Tərlanoğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












