Şirkət maşınlarının idarə olunması ilə bağlı problem: Sürücülərə etibarnamə necə verilməlidir? - HÜQUQŞÜNAS - FOTO

Son vaxtlar sürücülər arasında ən çox müzakirə olunan məsələlərdən biri hüquqi şəxslərin adına rəsmiləşdirilmiş avtomobillərin fiziki şəxslər tərəfindən idarə olunması ilə bağlıdır.
Avtosfer.az xəbər veeir ki, çox vaxt bu avtomobilləri şirkət işçiləri və ya başqa şəxslər idarə edir. Lakin əsas sual buradadır: bu halda etibarnamə hansı formada verilməlidir?
Bəzi sürücülər düşünür ki, sadəcə şirkətin möhürü və rəhbərin imzası ilə verilmiş etibarnamə kifayətdir. Digərləri isə bildirirlər ki, mütləq şəkildə notarial qaydada təsdiq olunmuş etibarnamə tələb olunur.
Mövzu həm sürücüləri, həm də şirkət rəhbərlərini narahat edir. Çünki səhv addım həm inzibati məsuliyyət, həm də əlavə xərclərlə nəticələnə bilər.
Bəs hüquqi şəxsin mülkiyyətində olan avtomobili idarə etmək üçün hansı qayda qanunidir – sadəcə möhürlü etibarnamə, yoxsa notarial təsdiq mütləqdir?
.jpg)
Məsələ ilə bağlı hüquqşunas Ramil Süleymanov saytımıza açıqlamasında bildirib ki, hüquqi şəxs tərəfindən təqdim olunan etibarnamə, notarius tərəfindən verilmiş etibarnaməyə bərabər hesab edilir:
“Belə ki, hüquqi şəxsin mülkiyyətində olan avtomobil yalnız həmin hüquqi şəxsin qanuni təmsilçisinin imzaladığı və sürmək, həmçinin digər səlahiyyətləri təsdiqləyən sənəd əsasında idarə oluna bilər. Bu, ya hüquqi şəxsin verdiyi etibarnamə ilə, ya da həmin hüquqi şəxsin adı və digər rekvizitlərinin əks olunduğu yol vərəqəsi ilə mümkündür.
Dövlət Yol Polisi tərəfindən sənədlərə baxış keçirilərkən hüquqi şəxsin rekvizitləri düzgün şəkildə göstərilməlidir. Burada mütləq qaydada sənədin nömrəsi, hüquqi şəxsin direktorunun adı, soyadı, imzası və möhürü aydın şəkildə əks olunmalıdır”.
Fidan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












